On minlərlə insan son aylar ölkə mətbuatının gündəmində olan yüksək rütbəli hərbçilərin adlarının hallandığı insidentlərdən sonra Yaponiyanın Okinava adasında ABŞ-ın hərbi bazalarının bağlanması tələbi ilə etiraz nümayi. keçirib.
Etirazçılar ABŞ-ın hərbi bazasının adanın bir hissəsindən o biri hissəsinə yerləşdirilməsi planının yenidən nəzərdən keçirilməsini istəyir.
ABŞ hərbi bazalarının mövcudluğu ilə bağlı illərdir narazılıqlar mövcuddur.
ABŞ hərbi dəniz qüvvələri bu ayın əvvəli Yaponiyadakı personalının spirtli içkilərdən istifadəsinə qadağa qoyulduğunu və bazadan kənar fəaliyyətlərin məhdudlaşdırıldığını bildirib. Bu addımlar Okinava bazasındakı bir dənizçinin içkili vəziyyətdə avtobili idarə etdiyinə görə saxlanmasından sonra atılıb. Starşina Aymi Mecia şosse yolunun başqa tərəfinə çıxaraq, iki avtobillə toqquşduqdan sonra həbs edilib. Hadisə nəticəsində iki nəfər xəsarət alıb.
ABŞ hərbi dəniz qüvvələri dənizçilər üçün gecə yarıdan sonra qadağa və bazadan kənar spirtli içki içilməsinə qadağa qoyub. Bu ölçülər keçən ay hərbi dəniz qüvvələrinin sabiq zabitinin polisin zorlanıb öldürüldüyünü ehtimal etdiyi yapon qadının yoxa çıxması ilə əlaqədar həbs edilməsindən sonra götürülüb.
ABŞ-ın Okinavada hərbi bazasının yerinin dəyişdirilməsi planı 1996-cı ildə ədə edilib. O zaman iki ölkə arasında 12 yaşlı yapon qızın ABŞ hərbçisi tərəfindən zorlanmasından sonra şəhər yaşayış sahəsinə yaxın yerləşən Futenma hərbi hava qüvvələrinin bazasının bağlanması haqda razılıq əldə edilmişdi. Hadisə kütləvi nümayişlərə yol açmışdı.
Yaponiyanın Baş naziri Şinzo Abenin regionda populyarlığı ABŞ-ın hərbi personalının Okinavadan çıxarılması deyil, bazanın yerinin dəyişdirilməsi tərəfdarı olduğuna görə azalıb.
İkinci Dünya müharibəsi zamanı ABŞ və Yaponiya arasında ən şiddətli döyüşlərə səhnə olan Okinava 27 il Amerikanın işğalı altında olub.