Konqresdə Türkiyə Dostluq qrupunun üzvləri ABŞ-ın 50 ştatından 45-ni təmsil edir
ABŞ-da fəaliyyət göstərən türk diaspor təşkilatlarının verdiyi məlumata görə, Birləşmiş Ştatlar Konqresində Türkiyə Dostluq Qrupuna üzv olan koqresmenlərin 50 ştatdan 45-ni təmsil etməsi ölkədə Türkiyəyə dost ştatların sayının artdığını göstərir.
Türkiyə Dostluq Qrupu hazırda Konqresdə Tayvan və Hindistanla birlikdə ən çox üzvə sahib olan 3 dostluq qrupundan biridir.
ABŞ-dakı Türkiyə diaspor təşkilatları Konqresdə Türkiyə Dostluq Qrupunun üzvlərinin sayının artaraq, 155 nəfərdən çox olduğunu bildirir. Dostluq qrupunda ABŞ-ın yalnız şimal-şərqi beş ştatından təmsilçi yoxdur.
Türkiyə Dostluq Qrupunda ən çox üzvlə təmsil olunan stat Texasdır. Daha sonra Şimali Karolina və İllinoys ştatları göstərilir.
Diaspor təşkilatları Türkiyə Dostluq qrupunun bu uğurunun əsas səbəbini Amerikada yaşayan türklərin fəallığının yüksəlməsi və ABŞ Konqresində Türkiyə-Amerika münasibətlərinə daha çox önəm verən konqresmenlərin sayının artması ilə izah edir.
Müşahidəçilər eyni zamanda, son illər ABŞ-da Türkiyənin regional roluna daha çox diqqət verilməsi məsələsini qeyd edir. Onların gikrincə, İraq müharibəsindən sonra iki ölkə arasında münasibətlərdə müşahidə olunan soyuqluq və gərginlik hazırda əməkdaşlıq münasibətləri və qarşılıqlı anlaşma ilə əvəz edilib.
Müşahidəçilər qeyd edir ki, ABŞ keçən il Yaxın Şərq və Afrikanın şimalında Ərəb baharının yaşandığı ölkələrdə vəziyyətin sabitləşməsi prosesində Türkiyənin roluna xüsusi önəm verir.