ABŞ seçki kampaniyasında qalmaqal [Video]

Your browser doesn’t support HTML5

ABŞ seçki kampaniyasında qalmaqal

Nyu Hempşir ştatında keçirilən mitinqdən sonra Tramp bir tədbir iştirakçısının səhvini düzəltmədiyi üçün tənqid atəşinə tutulub.

Seçicilər prezidentliyə respublikaçı namizədlərin ötən həftə keçirdiyi seçki kampaniyası zamanı verdikləri bəyanatlarla bağlı hesab vermələrini istəyirlər. Aparıcı Respublikaçı namizəd Donald Tramp mitinq zamanı təhqiredici ifadələr işlədən tərəfdarını töhmətləndirmədiyi üçün, sabiq biznes icraçısı Karli Fiorina isə hökümətin maliyyələşdirdiyi qrupu dəhşətli abort praktikasında ittiham etdiyinə görə qınaq obyektinə çevriliblər.

Bəzi respublikaçı siyasətşilər belə sinik strategiyadan istifadə edir, çünki bəziləri belə etməklə müsbət nəticə əldə edib, amma bunun mənfi nəticələri də var.
Coş Ernest

Daşınmaz əmlak maqnatı Donald Tramp çox vaxt çirkin və ya faktiki olaraq həqiqətə uyğun olmayan ifadələrinə görə təbqid edilir. Lakin Nyu Hempşir ştatında keçirilən mitinqdən sonra Tramp bir tədbir iştirakçısının səhvini düzəltmədiyi üçün tənqid atəşinə tutulub.

“Bu ölkədə bir problemimiz var və bunun adı müsəlmanlardır. Biz hazırkı prezidentimizin də müsəlman olduğunu bilirik. O hətta amerikalı belə deyil,” deyə mitinq iştirakçısı iddia edib.

“Bu vacib sualdır,” deyə Tramp ona cavab verib.

Barak Obama xristiandır və Havay adalarında amerikalı ana və keniyalı atanın ailəsində dünyaya gəlib.

Prezidentliyə demokrat namizəd Hillari Klinton dərhal Trampın reaksiyasını qınayıb.

Donald Tramp

“Mən onu və digər namizədləri son aylarda müşahidə etdiyimiz bu qədər nifrət dolu, xırdaçı, nifaqsalan ritorikalarını dayandırmağa çağırıram,” deyə Kliton bildirib.

Çərşənbə günü keçirilən debatda respublikaçı namizəd Karli Fioina Ailə Planşdırılması Federasiyasının insan embrionundan sui-istifadə etdiyi videonu izlədiyini iddia edib. Ailə Planlaşdırılması Federasiyası və başqaları belə bir videonun mövcud olmadığını desələr də Fiorina üzr istəməyib.

“Mən səhv danışmadım. Mən o görüntüləri izləmişəm,” deyə o bildirib.

Ağ Ev həmçinin respublikaçı namizədlərə xəbardarlıq edib ki, belə təhqiramiz strategilayalar səsvermə zamanı onların əleyhinə işləyəcək.

Mən onu və digər namizədləri son aylarda müşahidə etdiyimiz bu qədər nifrət dolu, xırdaçı, nifaqsalan ritorikalarını dayandırmağa çağırıram

“Bəzi respublikaçı siyasətşilər belə sinik strategiyadan istifadə edir, çünki bəziləri belə etməklə müsbət nəticə əldə edib, amma bunun mənfi nəticələri də var.”

Buna baxmayaraq hələ ki, bu strategiya işləyir. Ən azı bir yeni rəy sorğusu sonuncu debatdan bəri Trampın və Fiorinanın dəstəyinin artdığını göstərir. Daha az danışan namizədlərə isə dəstək azalıb.