ABŞ Qış Olimpiadasına 242 idmançı göndərir

Qış Olimpiadası

ABŞ Olimpiya Komitəsi Pxençxan Olimpiya Oyunlarında iştirak etmək üçün 242 idmançı göndərir. Bu barədə ABŞ səfriliyi Facebook səhifəsində məlumat yayıb.

ABŞ-ın fiqurlu konkisürənləri Mirai Naqasu və Karen Çen

Komanda 107 qadın və 135 nəfər kişidən ibarətdir. Bu, Qış Olimpiya Oyunları tarixində sayca ən böyük idmançı heyətidir. Birləşmiş Ştatlar yeddi idman növü üzrə 15 disiplində təmsil olunacaq.