ABŞ-da kinoteatrda atışma baş verib

US Shooting Movie Theatre Louisiana

Hadisa zamanı silahlı şəxs daxil olmaqla üç nəfər ölüb, yeddi nəfər isə yaralanıb

Cümə axşamı ABŞ-ın cənubunda yerləşən Luiziana ştatında silahlı şəxs kinoteatrda atəş açaraq iki nəfəri öldürüb, digər yeddisini isə yaralayıb. Daha sonra isə o özünü də öldürüb.

Lafayet şəhərinin rəsmiləri silahlı şəxsin kimliyini müəyyənləşdirdiklərini desələr də, yalnız onun 58 yaşında olduğunu açıqlayıblar.

İnsanların bəziləri ağır yaralanıb, digərləri isə həyat təhlükəsi olmayan xəsarətlər alıblar.

Silahlı şəxs atəş açmağa başladığı zaman kinoteatrda Trainwreck filmini izləyən 100 nəfər olub.

Afrikaya səfər edən ABŞ prezidenti Barak Obama Air Force One təyyarəsində olduğu zaman Milli Təhlükəsizlik müşaviri Liza Monako tərəfindən hadisə ilə bağlı məlumatlandırılıb. Onun mətbuat katibi Coş Ernest deyib ki, cənab Obama “istintaq və yaralıların vəziyyəti ilə bağlı məlumatlandırılmasına dair” göstəriş verib.

“Prezident və birinci xanım daxil olmaqla, Ağ Evdə hər kər Lafayet icmasına baş sağlığı verir,” deyə Ernest bildirib.

Hadisədən bir neçə saat öncə BBC-yə müsahibə verən prezident Obama silah təhlükəsiziliyi qanunlarını qəbul edə bilməməsi ilə bağlı məyusluğunu dilə gətirib. “Mən məyusam ki, burada tez-tez qətliamların baş verməsinə baxmayaraq, dünyanın ən qabaqcıl dövlətlərindən olan Birləşmiş Ştatatlarda silah təhlükəsizliyi qanunları mövcüd deyil,” deyə o bidirib.

Lafayet polis idarəsinin rəisi Cim Kraft deyib ki, kinoteatrdan zəng gəldiyi zaman binanın yaxınlığında polis olduğu üçün onlar hadisəyə bir neçə dəqiqə ərzində müdaxilə edə biliblər.

Atışmadan sonra əraziyə tədbir məqsədli daha çox polis göndərilib.

Luizina qubernatoru Bobbi Cindal atışmanı axşam əylənməyə çıxan ailələrə qarşı düşünülmədən görülən zorakılıq aktı adlandırıb.

Şahidlərdən biri Reuters xəbər agentliyinə bildirib ki, silahlı şəxs atəş açmağa başlayanda heç nə deməyib. Mən heç kəsin qışqırdığını da eşitmədim,” deyə o əlavə edib.

Digər şahid CNN-ə silah səsinin filmdən gəldiyini düşündüyünü deyib.

Silahlı atışmanın səbəbləri ilə bağlı heç bir məlumat yoxdur.