Obama administrasiyası Əfqanıstan hökumətinə təhlükəsizliyə dair yeni müqaviləni imzalamaq üçün təzyiq göstərərək, əks halda 2014-cü ildən sonra Əfqanıstanda ABŞ-ın heç bir əsgəri qüvvəsinin mövcud olmaması perspektivi ilə qarşılaşacağını bildirir.
Dövlət Departamentinin sözçüsü Cen Psaki Amerikanın Səsinin əfqan xidmətinə bildirib ki, ABŞ hökuməti prezident Həmid Karzayi ilə təhlükəsizliyə dair ikitərəfli müqavilənin bu il imzalanmaması kimi variantı nəzərdən keçimir.
Cen Psaki bu açıqlamanı prezident Karzainin sözçüsünün müqavilənin aprel ayında Əfqanıstanda prezident seçkilərindən sonra imzalanacağını bəyan etməsindən verib.
Psaki ABŞ administrasiyasının prezident Karzainin açıqlamasını təəccüblə qarşıladığını bildlirib.
Əfqanıstanın qəbilə başçıları və ağsaqqallarından ibarət milli şurası olan Loya cirgə bu həftə ABŞ-la Əfqanıstan arasında təhlükəsizliyə dair müqaviləni müzakirə edir.