ABŞ ordusu Cənubi Sudanın paytaxtında yüzlərlə insanın ölümünə və vətəndaş müharibəsinin yenidən başlama ehitmalı ilə bağlı qorxulara səbəb olan günlərdir davam edən döyüşlərdən sonra ölkəyə 40 nəfərdən ibarət əsgəri qüvvə göndərib.
Ordunun Afrika komandanlığı bildirir ki, qoşunlar Cubaya ABŞ səfirliyini mühafizə etmək və qeyri-əsas personalın ölkədən çıxarılmasına dair Dövlət Departamentinin əmrini yetirmək üçün göndərilirb.
Almaniya və Hindistan daxil olmaqla bir neçə digər ölkə də səfirlik işçilərinin ölkədən çıxarlması üçün lazımı addımlar atır.
Cənubi Sudanın rəqib liderləri arasında bazar ertəsi əldə olunan atəşkəsə hələ riayət olunur.
5 ildir mövcud olan bu dövlətdə döyüşlər cümə axşamı yenidən başlayıb. Prezident Salva Kiirlə vitse-prezident Riek Maçaraya sadiq qüvvələr arasında paytaxtda ölümcül qarşıdurma yaranıb.
BMT-nin sülhməramlı əməliyyatlarının başçısı Herv Ladsus çərşənbə günü Təhlükəsizlik Şurasını məqsədyönlü hərəkətə keçməyə və Cənubi Sudana qarşı silah embarqosu tətbiq etməyi nəzərdən keçirməyə çağırıb.
Ladsus bildirib ki, döyüşlər nəticəsində 36 min insan yerlərindən didərgin düşüb, 7 min insan isə BMT-nin yerli bazalarına sığınıb.