Vaşinqtonda ABŞ-Azərbaycan təhlükəsizlik dialoqu işinə başlayıb (Fotoqalereya)

Görüşdə təhlükəsizlik sahəsində ikitərəfli əməkdaşlığın geniş aspektləri müzakirə ediləcək
Vaşinqtonda ABŞ və Azərbaycan arasında təhlükəsizliyə dair dialoq keçirilir. Müzakirələrin diqqət mərkəzində beynəlxalq və regional təhlükəsizlik məsələləri, dənizdə təhlükəsizlik, terrorizm əleyhinə mübarizə və narkotik maddələr alverinə qarşı əməliyyatlar, sərhəd təhlükəsizliyi sahəsində ikitərəfli əməkdaşlığın gücləndirilməsi məsələləri durur.

İkitərəfli dialoqda Azərbaycan nümayəndə heyətinə Azərbaycan xarici işlər nazirinin müavini Araz Əzimov başçılıq edir. Nümayəndə heyətinə Azərbaycanın Xarici İşlər, Müdafiə, Milli Təhlükəsizlik və Fövqəladə hallar nazirlikləri, habelə Dövlət Sərhəd Xidməti və Dövlət Gömrük komitəsinin yüksək səviyyəli nümayəndələri daxildir.

İkitərəfli müzakirələrdə Amerika təfərin nümayəndə heyətinə Dövlət katibinin Siyasi və Hərbi məsələlər üzrə yardımçısı Adam Şapiro başçılıq edir. ABŞ tərəfi həmçinin Dövlət Departamenti, Müdafiə və Energetika nazirliklərinin yüksək səviyyəli rəsmilərilə təmsil olunub.

İyulun 24-ü tərəflər arasında təhlükəsizliyə dair keçirilən 13-cü dialoqdur. ABŞ və Azərbaycan arasında təhlükəsizliyə dair dialoq 1997-ci ildən keçirilməyə başlayıb.


ABŞ-Azərbaycan təhlükəsizik dialoqu