ABŞ-ın Boks üzrə Olimpiya komandası Bakıya gəlib

Səfir Robert Sekuta ABŞ-ın Boks üzrə Olimpiya komandası ilə görüşüb

ABŞ-ın Boks üzrə Olimpiya komandası Bakıda səfərdədir. Amerikalı boksçular Bakıda gələn iki həftə ərzində Olimpiya oyunlarında iştiraka iddialı olan Azərbaycan boksçuları ilə yarışacaq. Bu barədə ABŞ-ın Azərbaycandakı səfirliyi məlumat yayıb.

Məlumatda deyilir ki, ABŞ-ın Azərbaycandakı səfiri Robert Sekuta iyunun 14-də komandanın üzvləri ilə görüşüb.

“Komanda Bakıda 2 həftə məşqlər keçirəcək və bu ABŞ-Azərbaycan əməkdaşlığını gücləndirəcək”, səfir qeyd edib.

Azərbaycanın milli boks komandası bu ilin fevralında Kolorado Sprinqs şəhərində yerləşən ABŞ Olimpiya Komitəsinin tədris mərkəzində olub.