“Cәnab Ceyms Uorlik vә digәr hәmsәdrlәr bu il әrzindә prezidentlәri bir araya gәtirmәk vә münaqişәnin hәllindә irәlilәyiş әldә etmәk üçün sәylәrini artırıblar".
Bu barədə ABŞ-ın Azәrbaycandakı sәfiri Robert Sekuta ilә BMT-nin İnkişaf Proqramının Azәrbaycandakı rezident nümayәndәsi Antonius Bruk arasında "Sahibkarlıq vә mәşğulluq üçün iqtisadi imkanların genişlәndirilmәsi" layihәsinә dair niyyәt bәyannamәsi imzalandıqdan sonra səfir Sekuta jurnalistlərin sualının cavabında bildirib.
“ABŞ ümid edir ki, bu ay baş tutacaq görüş ümumi irәlilәyişin әldә olunmasına töhfә verәcәk”, o qeyd edib.
Amerikanın Səsinin Xəzərdəki iqtisadi obyektlərin təhlükəsizliyi ilə bağlı bir neçə il əvvəl başlamış Azərbaycan-ABŞ danışıqları barədə saualının cavabında səfir Sekuta deyib ki, Azәrbaycanda dәniz platformasında baş verәn yanğın böyük faciədir.
“ABŞ hökumәti, sәfirlik vә sәfirliyin әmәkdaşları hadisədə ölənlərin ailәlәrinin kәdәrini bölüşür”, o qeyd edib.
Səfir baş verən hadisә ilә bağlı araşdırma aparıldığına görә әlavә heç nә deyә bilmәyəcəyini bildirib.
Amerikanın Səsinin ölkədə vətəndaş cəmiyyətinin inkişafında ABŞ və BMT-nin gələcək töhfələri ilə bağlı sualının cavabında ABŞ səfiri deyib ki, ABŞ Azərbaycan hökuməti ilə üç əsas sahə üzrə - insan haqları, demokratiya, qanunun aliliyi, iqtisadiyyat, insanların ümumi rifah halının inkişafının yaxşılaşdırılması və təhlükəsizlik sahəsində əməkdaşlıq edir.
“Biz Azərbaycanın mürəkkəb, qəliz bir regionda yerləşməsini də anlayırıq. Bununla bərabər ABŞ hər üç sahə üzrə işimizin, ümumi fəaliyyətimizin davam etdirilməsinin əhəmiyyətini daim vurğulayıb. İndi Azərbaycan hökuməti ilə əlaqələrimizi hər üç istiqamətdə davam etdiririk”, o qeyd edib.
BMT İnkişaf Proqramının Azәrbaycandakı rezident nümayәndәsi Antonius Bruk isə bu suala cavabda deyib ki, bu gün imzalanmış layihə də vətəndaş cəmiyyətinin möhkəmləndirilməsinə və ruhlandırılmasına yönəlib.
“Həmçinin bir neçə il bundan öncə BMT-nin Baş Assambleyasında BMT-yə üzv dövlətlər 2015-ci il günədliyinə və habelə 17 davamlı inkişaf məqsədinə imza atıb. Bu məqsədlər sırasında sözsüz ki, vətəndaş cəmiyyətinin inkişafı, qadınların rolu, gender bərabərliyi məsələləri də öz əksini tapıb. Azərbaycan da sənədə imza atan dövlətlərdən biri olaraq bu öhdəliyi üzərinə götürüb. Biz bu məsələlər üzrə irəliləyişə nail olmaqda Azərbaycana dəstək olacağıq. Bununla bərabər, növbəti ilin əvvəlindən BMT ilə Azərbaycan yeni dövr ölkə proqramı üzərində iş aparacaq və bu ölkə proqramı “Azərbaycan-2020: Gələcəyə baxış” konsepsiyasına uyğundur. Beləliklə, konsepsiyada əks olıunmuş məsələlər, habelə BMT ilə Azərbaycan arasında qeyd olunmuş məsələlərdə biz birgə irəliləyişlərə və uğurlara nail olmağa çalışacağıq. Biz əməkdaşlıq çərçivəsində bu məsələləri irəli aparacağıq”, o qeyd edib.