ABŞ Tofiq Yaqublu və İlqar Məmmədov barədə hökmü pisləyib

İlqar Məmmədov və Tofiq Yaqublu

Amerikanın ATƏT-dəki nümayəndəsi bəyanatla çıxış edib
Rəsmi Vaşinqton Azərbaycanda iki tanınmış siyasi xadimin 2013-cü ildə İsmayıllı hadisələri ilə əlaqədar mühakimə olunmasından “dərin təəssüfünü” bildirir.

Turan agentliyinin məlumatına görə ABŞ-ın ATƏT-dəki nümayəndəsi Daniel Bayer martın 27-də Vyanada ATƏT-in Daimi Şurasında bəyanatla çıxış edərək Tofiq Yaqublunun və İlqar Məmmədovun barəsində çıxarılan hökmü pisləyib.

Bayer bildirib ki, ABŞ hökuməti məhkəmə ərzində dəfələrlə Azərbaycan hökumətini ədalətli və açıq məhkəmə keçirməyə çağırıb.

“Lakin ABŞ və digər beynəlxalq müşahidəçilər ciddi pozuntuların, istintaq materiallarının irəli sürülən ittihamlar və ifadələrlə uyğunsuzluğunun şahidi olublar.

Mənim hökumətim Azərbaycan hökumətini ifadə azadlığı, dinc toplaşmaq və birləşmək azadlığı sahəsində ATƏT qarşısında götürdüyü öhdəlikləri yerinə yetirməyə çağırır”, o vurğulayıb