Araşdırma: ABŞ xalis enerji ixracatçısına çevrilə bilər [Video]

Your browser doesn’t support HTML5

Araşdırma: ABŞ xalis enerji ixracatçısına çevrilə bilər

Araşdırma nəticələri göstərir ki, Birləşmiş Ştatlar xalis enerji ixracatçısına çevrilə bilər. Bu dəyişiklik daha da səmərəli olan yeni texnologiyalar sayəsində baş verir. Son bir neçə il ərzində ABŞ-ın neft hasilatını, demək olar, ikiqat artırması OPEC neft kartelinin enerji bazarına nəzarəti geri almaq səylərinə mane olur. Təhlilçilər sürətlə inkişaf edən texnologiyanın enerji sənayesinə təsirini lazımi qədər qiymətləndirməyiblər.

ABŞ Enerjji Məlumat Agentliyinin başçısı Adam Simiskinin sözlərinə görə, ABŞ-ın yüksək neft hasilatı və nisbətən dəyişkən olmayan tələbat (tələbat çox yavaş artır.) dünyanın ən böyük iqtisadiyyatının hətta ehityyatda saxlaya biləcəyi qədər enerjiyə sahib olması deməkdir. .

Adam Simiski: “ABŞ xalis enerji ixracatçısı ola bilər.”

Bir neçə il bundan əvvəl, neft ehtiyatı artdı, tələbat durğunlaşdı, neft qiymətləri isə azaldı.

Keçmişdə Neft İxrac Edən Ölkələr Birliyi aşağı qiymətləri kompenisasiya etmək üçün hasilatı azaltmaq üzərində razılıq əldə edirdi ki, bu da öz növbəsində qiymətləri artırırdı. Amma bu dəfə OPEC xam neft istehsal etməyə davam etdi və beləcə qiymətlərin düşməsinə icazə verdi.

Təhlilçilər deyir ki, OPEC aşağı qiymətlərin, əsasən də frekinq kimi qabaqcıl üsullardan istifadə edən ABŞ şirkətləri kimi yüksək xərcli neft itehsalçılarına ziyan vuracağına ümid edirdi. Beləcə Səudiyyə Ərəbistanı kimi aşağı xərcli istehsalçılar qiymətləri artıra və böyük gəlirlər əldə edə biləcəkdi.

Lakin ABŞ Dövlət Departamentinin enerji üzrə ekspertləri deyir ki, yeni vəziyəttdə köhnə taktikalar işləmədi.

Amos Hokstinin dediyinə görə, bir çox amerikalı istehsalçı kəskin bir şəkildə daha səmərəli olmağa başladı.

Səudiyyə Ərəbistanının Enerji və Təbii Sərvətlər naziri Xalid Əl-Falih

Qlobal xam neft qiymətləri noyabr ayında OPEC və digər böyük neft istehsal edən ölkələr arasında hasilatı azlaltmaq üzərində əldə olunan razılıqdan sonra bir az artdı. Amma Amerika Sahibkarlıq İnstitutunun alimi Bencamin Zayker deyir ki, bir çox istehsalçı çətin iqtisadi sınaqlarla üzləşir və bu da, razılığı zəiflədir.

Bencamin Zayker: “Fikrimcə razılıq qüvvədə qalmayacaq.”

Ekspertlər deyir ki, hətta razılıq qüvvədə qalsa belə, yüksək qiymətlər frekerləri daha çox neft hasil etməyə həvəsləndirəcək ki, bu da öz növbəsində bazarı həddindən çox neftlə dolduracaq və qiymətlərin yenidən düşməsinə səbəb olacaq.