ABŞ və Rusiya nazirləri Sounden məsələsini müzakirə edəcək

US RUSSIA FLAGS

ABŞ dövlət katibi Con Kerrinin bu gün rus həmkarı ilə görüşdə Rusiyadan milli təhlükəsizlik məlumatlarını yayan Edvard Snoudeni geri istəyəcəyi gözlənilir.

Kerri və müdafiə naziri Çak Heygel Vaşinqtonda Rusiya xarici işlər naziri Sergey Lavrov və müdafiə naziri Sergey Şoyqu ilə danışıqlar aparacaq.

Nazirlər Suriya, qlobal təhlükəsizlik və insan haqları da daxil olmaqla hər iki dövlət üçün vacib olan bir çox məsələni müzakirə edəcək.

Dövlət Departamentinin sözçüsü Cen Psaki deyib ki, Snouden məsələsi müzakirələrin mərkəzində olacaq.