ABŞ Şimali Koreya məsələsində dünyanın dəstəyini alıb [Video]

Your browser doesn’t support HTML5

ABŞ Şimali Koreya məsələsində dünyanın dəstəyini alıb

Çərşənbə günü ABŞ Dövlət Departamenti prezident Trampın Şimalı Koreyanın Quam adasına hücum edə biləcəyinə dair təhdidinə "atəş və qəzəb" ilə cavab verəcəyi vədini müdafiə edib. Quam ABŞ-ın iki strateji hərbi bazasına ev sahibliyi edir.

Dövlət Departamentinin sözçüsü bildirib ki, Şimali Koreyanın nüvə silahları yalnız ABŞ üçün deyil, bütünlükdə beynəlxalq ictimaiyyət üçün təhdid təşkil edir.

Çərşənbə günü Fransa hökuməti Şimali Koreyanın ABŞ ərazisini təhdid etməsinə qarşı Trampın verdiyi reaksiyasını tərənnüm etməklə yanaşı, həm də tərəfləri problemi sülh yolu ilə həll etməyə çağırıb.

Yaponiya rəsmiləri isə bildiriblər ki, çərşənbə axşamı Koreya yarımadasına yaxın Yapon göyərtəsində raket döyüşçülər və ABŞ-ın supersonik bombardmançıları ilə birlikdə döyüş təlimi keçiblər.

Ölkələr arasındakı güc nümayişi Cənubi Koreyalıların narahatlığına səbəb olub.

Rusiya, gərginliyi azaltmaq üçün tərəfləri diplomatik bir həll yoluna çağırıb. ABŞ-ın dövlət katibi Rex Tillerson Quam-a səfər edərkən bildirib ki, Şimali Koreya liderinin diplomatiya dilindən anlamadığı aydın görünür.