Amerika Birləşmiş Ştatları öz müxtəlifliyi nəticəsində inkişaf edir. Bu barədə ABŞ-ın Azərbaycandakı səfirliyi facebook səhifəsində bildirir.
Dünyadakı müxtəlif irqilərin, dinlərin və mədəniyyətlərin sintezi olan Amerika hər kəs üçün bir evdir, odur ki, heç bir qrup özünü başqa qruplardan daha çox "Amerikalı" adlandıra bilməz.
“Dünyadakı müxtəlif irqilərin, dinlərin və mədəniyyətlərin sintezi olan Amerika hər kəs üçün bir evdir, odur ki, heç bir qrup özünü başqa qruplardan daha çox "Amerikalı" adlandıra bilməz. Hər mədəniyyət bu günki Amerika anlayışının formalaşması üçün öz xüsusi və əvəzedilməz töhfəsini verir. Bərabərlik və azadlıq əsasında qurulan Amerika bir çox müxtəlif mədəniyyətlərin sülh yolu ilə birgə yaşaması nəticəsində vahid bir milləti formalaşdırır”, səfirliyin məlumatında qeyd edilir.
Sual edilir: “Siz ABŞ-ın 1 sent pul vahidinin üzərində əks edilmiş Linkolnun üzündən sol tərəfdə yazılan sözün nə olduğunu bilirsinizmi?”
“Bu "Azadlıq" sözüdür. Azadlıq anlayışı insanların müxtəlifliyini qəbul edən və müxtəlifliyə hörmətlə yanaşan cəmiyyətləri uğura aparan bir açardır”.
“Forbs” jurnalın müəllifi Malkolm Forbs deyib: “Müxtəliflik-birlikdə müstəqil düşünmək qabiliyyətidir”.