ABŞ səfirliyinin müvəqqəti işlər vəkili Şimal-Qərb regionuna səfər edib

Amerika səfirliyinin müvəqqəti işlər vəkili Derek Hoqan

Noyabrın 4-dən 7-dək ABŞ səfirliyinin müvəqqəti işlər vəkili Derek Hoqan Azərbaycanın şimal-qərb regionlarına: Qəbələ, Şəki, Zaqatala və Balakən rayonlarına səfər edib.

Amerikan səfirliyinin mətbuat xidmətinin məlumatına görə səfərin məqsədi bu rayonların əhalisi ilə görüşmək və regionda ABŞ-Azərbaycan əməkdaşlığı barədə daha çox məlumat toplamaq olub.

Cənab Hoqan Zaqatala və Balakən rayonlarının icra hakimiyyətlərinin başçıları ilə görüşüb, bu rayonların iqtisadi, kənd təsərrüfatı, təhsil və mədəniyyət məsələlərini müzakirə edib.