ABŞ prezidenti Donald Tramp 12 günlük Asiya səfərinə başladığı bir vaxt, qanunvericilər Rohinca etnik qrupuna qarşı rəftarına görə Myanma ordusuna sanksiyalar irəli sürüb. Səfəri zamanı Tramp regional sammitdə Myanma hökümətinin üzvləri ilə görüşəcək.
Hər iki partiyanın dəstəklədiyi qanun layihəsi cümə axşamı Senatda, cümə isə Nümayəndələr Palatasında təqdim olunub. Hər iki qurum Myanma ilə ticarət və idxal məhdudiyyətlərinin yenilənməsinə çağırıb. Bu məhdudiyyətlərin ordunun Myanmanın Rakxayn ştatından müsəlman Rohinca əhalisinə qarşı rəftarına cəza olaraq nəzərdə tutulub.
MakKeyn və Engle münasibət bildirib
Senator Con MakKeyn bildirib ki, Senatın qanun layihəsi Birmadan günahsız kişilər, qadınlar və uşaqların ölümü və didərgin düşməsinə görə məsuliyyət daşıyan yüksək səviyyəli ordu rəsmilərini məsuliyyətə cəlb edəcəyini və ABŞ-ın bu amansızlıqları müdafiə etməyəcəyini vurğulayıb.
Nümayəndələr Palatasının təqdim etdiyi qanun layihəsi barədə danışan konqresmen Eliot Engel deyib ki, qanunvericilər sanksiyalardan istifadə edərək Birmanın həm hərbi həm də mülki rəhbərliyinə açıq mesaj göndərmək istəyir. “Bu zorakılıqlara son qoyulmalıdır, Birmanın ordusu və təhlükəsizlik qüvvələri üzərində mülki nəzarət olmalıdır”, Engel deyib.
Təxminən 60 insan haqları təşkilatlarından ibarət qrup da bu həftə danışıqlara qoşulub. Onlar cümə axşamı dövlət katibi Reks Tillerson və maliyyə naziri Stivün Manunçunə məktub yollayıb. Məktubda onlar müstəqil təşkilatların topladığı peyk görünntülərinə yüzlərlə yanmış bina və on minlərlə yanmış kəndin olduğunun görüldüyünü bildirib. Onlar deyib ki, qaçqınlar özləri onlara Birma rəsmilərinin yanğınları başlatdıqlarını, qadınları zorladıqlarını və körpələri canlı-canlı yandırdıqlarını deyib.
Məhdudiyyətlər və sanksiyalara çağırış
Məktubda ABŞ-ın JADE Aktı altında sanksiyaların tətbiqinə çağırılır. Bu akt prezidentə insan haqları pozunutlarında günahlandırılan Birma rəsmiləri və ailələrinə maliyyə sanksiyaları və səyahət məhdudiyyətləri tətbiq etmək səlahiyyəti verir.
Məktubda həmçinin ABŞ-ın korrupsiya və Qlobal Maqnitski Aktı altında beynəlxalq ictimiayət tərəfindən qbul edilən insan haqları pozuntularına görə məsuliyyət daşıyanlara qarşı maliyyə sanksiyaları və səyahət məhdudiyyətləti tətbiq etməsinə çağırılır.
Nümayəndələr Palatası və Senatda təqdim olunan qanun layihələri ABŞ-ın inşan haqları pozuntuları edən Myanmaya hərbi yardımının qarşısını almağa yönəlib.
Rohinca böhranı nəticəsində 600 min insan Myanmadan qonşu Banqladeşə qaçıb. İndi isə qaçan Rohincaları yerləşdirməyə çalışan Banqladeşin özündə böhran yaşanır.