ABŞ müdafiə naziri İsraildədir

ABŞ müdafiə naziri Leon Panetta deyir ki, ABŞ və İsrail hər iki ölkənin müdafiəsi üçün əllərindən gələni edirlər. Müdafiə naziri bu bəyanatı İsrail liderləri ilə görüşlərinin birinci günündə verib.

Panetta çərşənbə günü israilli həmkarı Ehud Barakla görüşüb. Görüşdə iki ölkə arasında möhkəm dostluğu vurğulayan nazirlər İranın nüvə proqramının törətdiyi təhlükələrə toxunublar.

"Öz milli maraqlarını müdafiə etmək israillilərin öhdəsinə buraxılmalı olan məsələdir. Gələcək planlara və hipotezislərə gəldikdə, mən spekulyasiyaya varmaq istəmirəm," deyə Panetta bildirib.

ABŞ müdafiə naziri görüşlərdə İranın nüvə obyektlərinə qarşı qabaqlayıcı hücumların müzakirə edildiyini inkar edib. Paneta İsrailə Misirdən gəlib. Orada o, yenicə seçilmiş prezident Məhəmməd Mursi ilə söhbətləşib.