ABŞ Milli Təhlükəsizlik Agentliyinin qarşısında insident baş verib [Yenilənib]

NSA

ABŞ paytaxtl yaxınlığındakı Milli Təhlükəsizlik Agentliyinin (NSA) təhlükəsizlik qapılarından içəri daxil olmağa çalışan maşındakı iki nəfərdən biri öldürülüb digər isə yaralanıb.

Federal Təhqiqatlar Bürosunun agentləri insidenti araşdırır.

"İnsidentin qarşısı alınıb və istintaq başlanıb" deyə polkovnik Brayan Foli bildirib. Onun sözlərinə görə, NSA təhlkəsizlik personalı avtomobilin obyektə daxil olmasının qarşısını alıb və hazırda bazadakı sakinlər, hərbi və mülki işçilərin həyatına təhlükə sovuşub.

Xəbər vertolyotlarındən çəkilmiş video hadisə yerində iki zədələnmiş cip maşını göstərir. Onlardan birinin üzərində NSA Polisi yazısı olduğu görünür.

ABŞ kəşfiyyat proqramının qolu olan agentlik paytaxt Vaşinqtona qonşu Merilend ştatındakı Fort George Meade hərbi bazasında yerləşir.