ABŞ-da şagirdlər məktəblərdə baş verən silahlı atışmalara görə siyasətçiləri günahlandırır

Your browser doesn’t support HTML5

Silahlı şəxsin fevralın 14-də 17 nəfəri öldürdüyü Florida məktəbinin şagirdləri silahların təhlükələrinə qarşı səssiz qalmayacaqlarına söz verir. Onlardan biri, Emma Qonzales, ABŞ-ın silah qanunlarına qarşı tələbə etirazlarının simasına çevrilib. O, ABŞ prezidenti Donlad Tramp daxil olmaqla, Milli Tüfəng Assosiasiyasından kampaniya ianələri alan siyasətçiləri qınayıb. Ölkə boyu şagirdlər #MeNext və #NeverAgain  sosial media hərəkatları vasitəsilə ABŞ-ın silah mədəniyyətinə qarşı mübarizə aparmağın yollarını müzakirə edir.