ABŞ kəşfiyyat rəsmisi: İŞİD-ə qarşı irəliləyişlər təhlükə altındadır

ABŞ-ın başçılığı ilə İslam Dövləti qrupuna qarşı mübarizə aparan koalisiya terror qrupunun İraq və Suriyada elan etdiyi xilafəti məhv etməyə nail olsa da, regionda davam edən qeyri-sabitlik səbəbilə onların əldə etdiyi irəliləyişlərinin qarşısını ala bilər. Bu barədə çərşənbə axşamı ABŞ-ın kəşfiyyat rəsmisi xəbərdarlıq edib.

“Mən yaxın zamanda Suriya və İraqda əlsə olunan irəliləyişləri itirəcəyimizdən narahatam”- deyə, Milli Kəşfiyyat İdarəsindən Deyvid Kattler bildirib.

“Hələ çox iş görülməlidir”- deyə, o əlavə edib.

İslam Dövləti terror qrupu minlərlə döyüşçüsünü itirib və üç ildir Suriya və İraqda nəzarət etdiyi ərazilərin 98 faizindən çıxarılıb.

Otən il qrup özünün elan etdiyi xilafətin paytaxtı Rəqqadan çıxarılmışdı və İraqda məğlub olduğunu elan etmişdi.

İndi koalisiya Suriya Demokratik Qüvvələrinə Suriyanın şərqində İraqla sərhədi İŞİD-in son qalıqlarından təmizləməyə yardım edir.

İŞİD-in qlobal ideologiyası

Kattler deyib ki, regiondakı məğlubiyyətinə uyğunlaşmağa çalışan İŞİD-in ideologiyası bütün dünyada rezonans yaradır.

O xəbərdarlıq edib ki, Suriyada əldə olunan irəliləyişlər döyüş meydanındakı dolaşıqlıq səbəbilə təhlükə altındadır. Belə ki, orada müttəfiqlərlə düşmənlər nüfuz üzərində mübarizə aparır.

“Birləşmiş Ştatlar, İran, Hizbullah və Rusiya İŞİD-ə qarşı mübarizə aparır. Biz rəqiblərimizlə birlikdə eyni düşmənə qarşı döyüşürük. Bu isə o deməkdir ki, sülhün mənfəətlərindən onlar da faydalanacaq,” Kattler deyib.

O həmçinin əlavə edib ki, hər ikisi ABŞ-ın müttəfiqi olan Türkiyə və kürdlər bir-birinə qarşı döyüşür və diqqəti İŞİD-dən yayındırıb.

Sünni-Şiə dinamikası

Kattler deyib ki, İraqdakı irəlilləyişlər bərpa işləri ilə bağlı problemlərin və sünni sakinlər ilə şiələrin çoxluq təşkil etdiyi mərkəzi hökümət arasındakı etibarsızlığın səbəb olduğu siyasi qeyri-sabitlik tərəfindən təhlükə altındadır.

İŞİD sünnilərin şiələrin nəzarəti ələ keçirmələrinə dair narahatlığından sui-istifadə edərək 2014-cü ildə çoxluğun sünnilərin təşkil etdiyi böyük əraziləri ələ keçirib. Sünni liderlər artıq Şiə Xalq Mobilizasiya Qüvvələrini İŞİD-dən geri alınan sünni ərazilərdə cinayət törətməkdə ittiham edib və qrupun ləğvinə çağırıb.

Lakin şiə liderlər bu iddiaları rədd edir və deyir ki, qrupa rəsmi rol verilməlidir ki, onlar effektiv bir şəkildə İŞİD-in yenidən yaranmasının qarşısını ala bilsin.

Ötən cümə axşamı İraqın baş naziri Heydər Əl-Əbədi şiə yarı-hərbi dəstənin ölkənin rəsmi təhlükəsizlik qüvvələrinə daxil olunmasına dair sərəncam imzalayıb.

İraqın xarici işlər naziri İbrahim Əl-Cəfəri Küveytdə konfransda

Bərpa çətinlikləri

Bu arada isə İraq höküməti bir başqa çətin işin öhdəsindən gəlməlidir. Bu da İŞİD-in dağıtdığı ölkəni bərpa etməkdir. Hökümət bildirir ki, müharibənin viran etdiyi ərazilərin bərpa və normalizasiyası prioritetdir, lakin beynəlxalq yardım olmadan bunu etmək mümkün deyil.

Ötən ay Küveytdə keçirilən beynəlxalq konfransda İraqa iqtisadiyyat və infrasturkturunu bərpa etmək məqsədilə invesitiya və kredit yolu ilə 30 milyard dollar pul toplanıb. Lakin bu, Bağdadın üç il davam edən müharibdən sonra bərpa üçün tələb etdiyi 88 milyard dollardan çox azdır.

Ləngiyən bərpa işləri səbəbilə milyonlarla insan qaçqın düşərgələrində qalmağa məcbur olub. BMT-nin Miqrasiya Agentliyi təxmin edir ki, 3,5 milyon iraqlı evlərinə dönüb, 3 milyondan çox insan isə hələ də didərgindir.

Ötən ay ölkə daxilində didərgin düşən iraqlılara yardım edən Norveç Qaçqın Şurası İraq rəsmilərinin bir çox vətəndaşı tələyə düşmək riskinə rəğmən evlərinə gerdi dönməyə məcbur etdiyinə dair məlumat vermişdi.

Qrup bildirib ki, İraq höküməti insanları geri döndərmək prosesindəki ləngimələrin may ayına təyin olunan parlament seçkilərininin təxirə salınmasına gətirib çıxara biləcəyindən narahatdır.