ABŞ komandiri: İŞİD getdikcə zəifləyir

ABŞ hərbi komandirinin bildirdiyinə görə, İslam Dövlətinin Bağdadda 88 adamın ölümünə səbəb olan üç bomba hücumu həyata keçirməsinə baxmayaraq qrup getdikcə zəifləyir.

“Gördüyünüz kimi düşmən hər gün itki verir. Təhlükəsizlik qüvvələri Bağdadda vəziyyəti nəzarət altına alıb. Biz orada həlak olan insanların ailə üzvlərinə başsağlığı diləyirik,” deyə general Qari Voleski bildirib.

Vaşinqtonda Müdafiə Nazirliyində jurnalistlərin suallarını cavablandıran general Voleski bildirib ki, İraq qüvvələri militantlara qarşı böyük naliyyət əldə edir.

O deyib ki, Amerika qüvvələri döyüşlər zamanı yerli qüvvələrə dəstək verir.