Pens: Birləşmiş Ştatların insanları iranlıların demokratik gələcəyə nail olmalarını istəyir [Video]

Your browser doesn’t support HTML5

ABŞ vitse-prezidenti Mayk Pens İran xalqına ABŞ-ın dəstəyini söz verdi. Amerikanın Səsinə müsahibəsində Pens öncəki administrasiyanın iranlıların 2009 seçkilərinə etirazları zamanı bənzər dəstək nümayiş etdirmədiyi üçün tənqid etdi. Müşahidəçilər bildirirlərki, indiki etirazlar repressiv rejimə qarşı uzun zamandır ki, mövcud olan narazılığın ifadəsidir.

İran höküməti bir həftədir ki, davam edən və 20-dən çox insanın ölümünə səbəb olan üsyanı yatırtmaq məqsədilə polis və təhlükəsizlik qoşunlarını ölkənin müxtəlif şəhərlərinə göndərib. Hökümət etirazlarların təşkilində xaricin əli olduğunu bildirsə də, təhlilçilər deyir ki, bunun həqiqət olmadığı aydındır.

Huşanq Amirahmadi, Rutgers Universiteti: “Küçədəki insanlar nə xaricilər, nə də ki, muzdlulardır. Onlar orta statistik iranlılardır.”

İranlılar yüksək işsizliyə və həyat səviyyəsinin aşağı düşməsinə səbəb olan korrupsiyaya və iqtisadi səmərəsizliyə etiraz edirlər. Təhlilçilər deyirlər ki, gücün istifadəsi etirazçıları müəyyən müddətlik geri çəkə bilər, lakin molla rejimi əvvəlki kimi davam edə bilməyəcək.

Huşanq Amirahmadi, Rutgers Universiteti: “Vəziyyət artıq dəyişib. 40 ilə yaxın bir müddətdə ilk dəfədir ki, İran xalqı bütöv halda rejimə qarşı çıxıb. 2009-cu ildə mübarizə rejim daxilində, iki fraksiya arasında gedirdi. İndi isə elə deyil. İndi xalq rejimə qarşıdır. Ona görə də, rejim nə etdiyi haqqında ciddi düşünməlidir. ”

ABŞ vitse-prezidenti Mayk Pens Amerikanın Səsinə verdiyi müsahibədə bildirib ki, İran xalqı ABŞ-ın indiki hökümətinin tam dəstəyinə sahibdir:

“Mənim ümidləri və dualarım odur ki, İran xalqı, gəncləri, təhsilli əhali Amerika Birləşmiş Ştatlarının və insanlarının onların müttəfiqləri olduğunu anlayır. Biz onların azad və demokratik gələcəyə nail olmalarını görmək istəyirik.”

Pens öncəki administrasiyanı iranlıların 2009-cu seçkilərinə etirazları zamanı bənzər dəstək ifadə etmədiyinə görə tənqid etdi. O, Obama administrasiyasını həm də Tehran ilə nüvə sazişinə razılaşdıqları üçün də tənqid etdi.

Mayk Pens, ABŞ vitse-prezidenti: “Reallıqda İran nüvə sazişi öncədən yanlış bir addım idi. Belə ki, həmin saziş 10 illik müddətə imzalandığından, həmin 10 ildən sonra İranın yenidən nüvə silahı inkişaf etdirməyəcəyinə zəmanət vermir.”

Pens deyib ki, Tehrana qarşı iqtisadi sanksiyalar uğurlu olub. Saziş isə əksinə İran hökümətinə yardım edib. Vitse-prezident əlavə edib ki, Tramp administrasiyası sazişə şərt əlavə etmək istəyir. Həmin şərtə əsasən, İran höküməti nüvə silahı əldə etməyə cəhd etsə, iqtisadi sanksiyalar yenidən tətbiq edilə bilər.