ABŞ Dəniz Donanması dalğıçların dənizdən ötən həftə ticarət tankeri ilə toqquşan USS John S. McCain adlı donanma gəmisinin 10 itkin düşmüş dənizçinin cəsədlərini çıxardığını bildirir.
Ötən bazar ertəsi qəzaya uğrayan USS McCain gəmisi son bir neçə ayda ticarət tanker ilə toqquşan ABŞ-ın ikinci raket məhvedici gəmisidir.
ABŞ təhqiqatçıları gəminin Malakka boğazı yaxınlığında Liviyanın neft tanker ilə toqquşmasının səbəblərini araşdırır. Donanmanın paylaşdığı şəkillərdə gəminin sol tərəfində su səviyyəsinin altında böyük dəliyin olduğu göstərilir. Bunun nəticəsində bəzi kayutalar və rabitə otaqlarını su basıb.
Hadisədən sonra Dəniz Donanması ABŞ donanma gəmilərində əmliyyatları dayandırıb və Yeddinci Donanmanın komandanını vitse-admiral Cozef Okoini tutduğu vəzifədən azad edib.
USS McCain gəmisinin adı ABŞ Senatoru Con Makkeynin atası və babasının şərəfinə qoyulub. Onların hər ikisi ABŞ hərbi donanmasında admiral vəzifəsində xidmət göstəriblər.