Amerikanın Əfqanıstanın şimalında terrora qarşı mübarizə çərçivəsində keçirdiyi hava hücumlarının 35 İŞİD militantının ölümü, onlarla digərinin yaralanması ilə nəticələndiyi bildirilir.
Əfqanıstanın regional ordusunun bəyanatında bildirilib ki, hava hücumları şənbə günü günəşin doğuşundan öncə İŞİD-in bazalarının olduğu Dərzab və Qiştepa rayonlarında həyata keçirilib.
Bəyanatda ölənlər arasında qonşu Özbəkistanın vətəndaşlarının da olduğunu qeyd olunub.
Ordu bildirib ki, Amerikanın xüsusi qüvvələri Qiştepada quru əməliyyatı da həyata keçirib və əsas İŞİD komandiri ilə birlikdə onun bir neçə köməkçisini ələ keçirib.
ABŞ ordusunu bununla bağlı şərh verməyib.
Hava hücumları İŞİD tərəfdarı bir qrupun Əfqanıstan-Pakistan regionunun mobilizasiyasını təşviq edən sosial media kampaniyası başlatmasından bir gün sonraya təsadüf edib. Cihadçıların xəbərdarlıqlarına nəzarət edən SITE Kəşfiyyat qrupunun bildirdiyinə görə, Əl-Qəstaniyyə (Konstantinopol) Fondu adlı qrup bu elanı cümə günü Telegram kanalında yayımlayıb.
Onların verdiyi məlumata görə, mesajda İŞİD-in Əfqanıstan qolunun videosuna istinad edilib. Sözügedən videoda Covzcan və Əfqanıstanın şərqi Nangahar əyalətinə miqrasiyaya çağırılır.
Yaxın Şərqdə fəaliyyət göstərən terror qrupu Əfqanıstanda ekstremist əmaliyyatlarına üç il bundan öncə Nangarharın bir neçə cənubi rayonlarında bazalar təsis edəndən sonra başlayıb.
Lakin amerikalı komandirlər israr edir ki, Əfqanıstanda ölkənin quru qüvvələri ilə birlikdə aparılan davamlı əməliyyatlar nəticəsində yüksək səviyyəli komandirlər də daxil olmaqla yüzlərlə İŞİD tərəfdarı öldürülüb və qrupun nəzarət etdiyi ərazilər azalıb.
Taliban da həmçinin Əfqanıstanda İŞİD militantlarına hücum edib.
Şənbə günü yerli mediada bildirilib ki, iki rəqib qrup arasında ən son döyüşlər də Covzcanda baş verib və nəticədə 13-dən çox İŞİD militantı öldürülüb.
Qonşu Pakistanın rəsmiləri deyir ki, Əfqanıstanla sərhəd bölgədə İŞİD bazalarında ölkəyə qarşı terror hücumları planlaşdırır.
İŞİD-in artan nüfuzu İran və Rusiyada da narahatlığa səbəb olub.
Moskva terror qrupunun Əfqanıstanın vilayətlərində artan nüfuzundan ona görə narahatdır ki, onlar qrupun Mərkəzi Asiya ölkələrindəki təhlükəsizliyə təhlükə olacağından qorxur.