ABŞ ordu rəhbəri: Çin Şimali Koreyaya təzliqləri artırmalıdır

ABŞ ordusunun rəhbəri bildirib ki, Çinin təcili olaraq Şimali Koreyaya qarşı təzyiqlərə qoşulmasını olduqca vacibdir.

Bu barədə Pekində görüşlər keçirən ABŞ Birgə Qərargahlar rəisi, General Co Danford deyib.

ABŞ-ın sözçüsünün sözlərinə görə, General Danford, Çin ordu rəhbərləri ilə görüşündə bildirib ki, məsələnin diplomatiya ilə həlli mümkün olmasa, ABŞ, hərbi yollara əl atmağa hazırdır.

Danışıqlar zamanı Danford və Çin Xalq Azadlıq Ordusunun Birgə Qərargahlar rəhbəri aralarındakı kommunikasiyanın yaxşılaşdırılması haqqında razılaşma imzaladılar.

Çinin müdafiə nazirinin çərşənbə günü verdiyi bəyanatda deyilir ki, Çin və ABŞ mühüm beynəlxalq və regional məsələlərdə davamlı olaraq ünsiyyətdədirlər.