ABŞ-ın drom hücumları 116 mülki şəxsin ölümünə səbəb olub

Your browser doesn’t support HTML5

Obama admnistrasiyası ABŞ-ın Liviya, Yəmən, Somali və Pakistanda apardığı anti-terror əməliyyatları zamanı həyata keçirdiyi hava hücumları nəticəsində 116-dək mülki vətəndaşın ölümünə səbəb ola bildiyini bildirib. Ağ Ev keçən həftə bir zamanlar gizli olan bu proqramın detallarını və bu kimi əməliyyatları daha şəffaf edəcək yeni planı açıqlayıb.