ABŞ-da dekabr ayında daha 148,000 yeni iş yeri açılıb

ABŞ işəgötürənləri dekabr ayında daha 148,000 yeni iş yerləri açıblar. Öncəki aylarla müqayisədə bu artım mülayim görünsə də, ölkə iqtisadiyyatının yeni ilə möhkəm iqtisadi göstərici ilə daxil olduğunu deməyə əsas verir.

İşsizlik üçüncü rübdür ki, ardıcıl olaraq 4.1 faiz səviyyəsindədir. Əmək Departamentinin cümə günü verdiyi məlumatına əsaəsən, bu rəqəm 2000-ci ildə bəri ən yaxşı göstəricidir.

Bütövlükdə 2017-ci ildə təxminən 2.1 milyon yeni iş yeri açılıb. Yeni iş yerləri ölkədəki işsizlik səviyyəsinin ilin əvvəli olan 4.7 faizdən 4.1 faizə endirməyə yardım edib. Buna baxmayaraq, keçən il ərzində ortalama aylıq yeni iş yerlərinin sayı əvvəlki illərlə müqayisədə azalıb. Belə ki, 2014-cü ilin ortalama aylıq yeni iş yerlərini sayı 250,000 təşkil edirdisə, 2017-ci ildə bu rəqəm 170,000 oldu. Bu, işsizlik səviyyəsinin sürətlə aşağı düşdüyü zaman üçün gözlənilən haldır. Belə ki, məşğulluq artdıqca, işə götürülə biləcək insanların sayı da məhdudlaşır.

İş yerlərinin sayının artımı ABŞ-da 2008-ci ili maliyyə böhranından sonra iqtisadiyyatın ardıcıl olaraq doqquz il ərzində sağlam inkişafının göstəricisidir. Bununla bərabər, afrikalı-amerikalıların işsizlik göstəricisi 6.8 faizlə rekord səviyyədə aşağı rəqəmə çatıb.

Hazır evlərin satışı son 11 il ərzində ən sürətli templə qalxıb. İstehlakçı əminliyi göstəricisi isə son 17 ilin ən yüksək səviyyəsindədir. Bəzi iqtisadçılar 2018-ci ilin sonuna qədər işsizlik səviyyəsinin 3.5 faizə enəcəyini ehtimal edir. Bu, ABŞ iqtisadiyyatının son 50 ili ərzində işsizlik səviyyəsinin ən aşağı göstəricisidir.

Bəzi bizneslər bildirirlər ki, onlar kifayət qədər ixtisaslı kadr tapa bilmirlər. Hökümətin rəqəmlərinə əsasən bazarda 6 milyona yaxın vakansiya mövcuddur. İşsizlik səviyyəsi aşağı düşdükcə belə şikayətlərin sayı artacaq.