Tərəflər arasında büdcə ilə bağlı razılıq əldə olunmasa, birbaşa vergi artımı, hərbi və daxili xərclərin kəskin azaldılması 2013-cü il yanvarın ayının 1-də qüvvəyə minəcək
Gərgin seçkilərdən sonra Vaşinqtonda ABŞ iqtisadiyyatına ciddi təsiri olacaq digər bir siyasi mübarizə qızışmaqdadır. İlin sonunda qüvvəyə minəcək vergi artımı və xərclərin azaldılmasını nəzərdə tutan “maliyyə uçurumu” adlı planla bağlı Konqresdəki tərəflər öz mövqelərində qətiyyətlə dayanmağa çalışır.
Seçkilərdəki qələbəsindən sonra ABŞ prezidenti Barak Obama konqres və biznes liderllərini gələn həftə ağ evə dəvət edərkən olduqca barışdırıcı səslənirdi. prezident bütün fikirlərə açıq olduğunu, lakin ölkənin borclarının azaltması üçün iqtisadi xərclərin azaldılmasını yeganə çıxış yolu görən planı qəbul etməyəcəyini bildirib.
“Biz tərəqqiyə gedən yolumuzu kəsə bilmərik. Əgər biz defisitin azaldılmasında maraqlıyıqsa iqtisadi xərcləri gəlirlərlə birlikdə azaltmalı, zəngin amerikalılardan daha çox vergi ödəmələrini istəməliyik.”- deyə prezident Obama bildirib.
Respublikaçılar zənginlərin vergilərinin artırılmasının kütləvi işsizliklə nəticələnəcəyini bildirir.
Prezidentdən bir saat öncə nitq söyləyən Con Beyner ümumi vergi islahatlarının bir hissəsi kimi bəzi gəlirlərin artırılmasını dəstəkləyəcəyini bildirib. Lakin Respublikaçıların konqresdəki lideri fikir ayrılıqlarının həlli üçün müzakirələrin möhlətini uzatmaq istədiyini bildirib.
“2013-cü il vergi islahatları və hüquqi islahatlar yolu ilə borc problemini həll edəcəyimiz il olmalıdır. Biz maliyyə uçurumunun qarşısını birlikdə almaqla, 2013-cü ildə hökumətin üzləşdiyimiz əsas problemləri həll etməsinə yol açmalıyıq.”- deyə Respublikaçıların Konqresdəki heyətinin rəhbəri Con Beyner bildirib.
Əgər Konqres ölkənin 16 trilyon dollarlıq borcunu azaltmaq üçün plan hazırlaya bilməsə, birbaşa vergi artımı, hərbi və daxili xərclərin kəskin azaldılması yanvarın ayının 1-də qüvvəyə minəcək.
Bir neçə ay davam edən təbliğatdan sonra vergi ixtisarlarının yalnız zəngin amerikalılar üçün tətbiq olunmayacağını bildirən prezident Obama “şikayət və müzakirələr üçün vaxtın bitdiyini söyləyib.”
“Heç kəs, nə respublikaçı, nə də demokratlar 250.000 dollardan az gəliri olanlar üçün vergilərin artırılmasını istəmir. Buna görə də gəlin gözləməyək. Hətta biz daha geniş iqtisadi kəsiri azaltmaq paketini müzakirə etsək belə, gəlin orta sinfin vergi güzəştlərini uzadaq, gəlin bunu indi edək.”- deyə ABŞ prezidenti bildirib.
ABŞ büdcə böhranındakı qeyri-müəyyənlik artıq həftələrdir maliyyə bazarlarını təlatümə salıb. Konqresin Büdcə İdarəsi bildirir ki, yüksək vergi və xərclərin ixtisarının kombinasiyası büdcə kəsirini yarıya qədər azalda bilər. bu həm də dünyanın ən böyük iqtisadiyyatını durğunluğa sürükləməklə milyonlarla iş yeri və digər ölkələrdəki iqtisadi inkişafa təhlükə törədə bilər.