ABŞ iki kommunikasiya nəhənginin birləşməsinin qarşısını almağa çalışır

ABŞ Ədliyyə Departamenti ATT-nin bir neçə milyard dollar qarşılığında kommunikasiya sahəsinin digər nəhəngi "Time Warner"-i almaq cəhdini qanunsuz hesab etdiyini bildirərək, bunu dayandırmağı tələb edib.

Ədliyyə Nazirliyi tərəfindən edilən şərhdə bildirilir ki, 108 milyard dollarlıq satınalma bazar rəqabətini əhəmiyyətli dərəcədə zəiflətməklə yanaşı, milyonlarla amerikalı üçün baha qiymətə zəif innovasiyalı xidmətlərin təklif edilməsilə nəticələnə bil'r.

“Time Warner”-ın məhsulları siyahısına daxil olan CNN, HBO, TNT və Cinemax kimi şəbəkələr izləyicilərinə yüksək dərəcədə populyar olan xəbərlər, filmlər, seriallar və idman yarışları təqdim edir.

Prezident Donald Tramp onun administirasiyasına edilən birbaşa tənqidlərə görə Time Warner-in ən əsas məhsullarından biri olan CNN-ə qarşı mənfi münasibətini gizlətmir.

Tramp keçən ilki prezident seçkiləri zamanı da şirkətlər arasında planlaşdırılan birləşməyə maneə törədəcəyini bildirmişdi.