Təqribən 20 gün öncə İranın təhlükəsizlik qüvvələrinin nəzarət altına aldığı türk fəal və din xadimi Əbdüləziz Əzimi Qədimin həyat yoldaşı Amerikanın Səsinə danışıb. Rüqəyyə Səyyarinin söylədiklərinə görə, Əzimi Qədim tutulduğu gün telefon edərək “telegram kanallarında yazdıqları ilə bağlı sorğu-sual üçün aparıldığını deyib, amma ondan sonra ailəsi ilə təmas qura bilməyib.
Your browser doesn’t support HTML5
Höccətül-İslam Əzimi Qədim təqribən 20 gün öncə Tehranda digər milli fəal Əli Bağıri ilə bərabər nəzarət altına alınıb.
Şərqi Azərbaycan vilayətinin Binab şəhərindən Amerikanın Səsinə danışan Rüqəyyə Səyyari həyat yoldaşını həbs edən qurumdan telefon təması gözləməkdən başqa əlindən bir iş gəlmədiyini deyir.
Harada olduğunu bilmirəm. Təkcə Tehranda olduğunu bilirəm... Tehrana getməmişəm. Deyirəm ki, gedərəm cavab verməzlər. Telefon gözləyirəm.Ruqəyyə Səyyari
“20 gündür zəng vurmayıblar. Əvvəldə tutulduğu gün zəng vurdu dedi, Telegramdakı yazılarım haqqında sorğu-suala aparırlar. O vaxtdan bu yana xəbər yoxdur. Harada olduğunu bilmirəm. Təkcə Tehranda olduğunu bilirəm... Tehrana getməmişəm. Deyirəm ki, gedərəm cavab verməzlər. Telefon gözləyirəm,” deyə məhbusun həyat yoldaşı söyləyir.
Əzimi-Qədim 2005-ci ildən bəri fəaliyyətləri üzündən dəfələrlə İranın təhlükəsizlik və məhkəmə qurumları tərəfindən həbs, təqib və təzyiqlərə məruz qalıb. Amnesty International 2005-2006 illərində onun haqqında üç bəyanat yayıb.
O, daha əvvəl Amerikanın Səsinə müsahibədə Azərbaycan və digər bölgələrdə yaşayan türklərə tətbiq edilən basqıları tənqid edərək, İran İslam Respublikasında şovinizm və İslamçılığın bir-birinə qarışdığını önə çəkmişdi.