Saleh Abdeslam müstəntiqlərlə əməkdaşlıq etməkdən imtina edib

Parisdə ən ölümçül terror hücumlarında şübhəli bilinən Saleh Abdeslam Brussel yaxınlığında davam edən məhkəmə prosesində müstəntiqlərlə əməkdaşlıq etməkdən imtina edib.

28 yaşlı Abdeslam bazar ertəsi vəkilin onun ayağa qalxaraq sualları cavablandırması barədə müraciətinə məhəl qoymayıb. O iddia edir ki, müsəlmanlara ədalətli münasibət göstərilmir.

Dinləmə birbaşa 2015-ci ilin noyabrında 130 nəfərin ölümünə səbəb olmuş Paris hücumları barədə deyil, ondan bir neçə ay sonra Belçika polisi ilə atışma barədə olub.

Abdeslam və digər müttəhim Sofien Ayari qətlə cəhddə ittiham edilir. Təqsirli bilinərsə, onlar uzun müddətli həbsə məhkum edilə bilər.