Ərdəbil vilayətinin Apelyasiya Məkəməsi sentyabrın 16-da ilkin məhkəmədə 8 il həbs və iki il sürgün cəzasına məhkum edilən siyasi fəal Abbas Lisaninin şikayətinə baxıb.
İnsan haqları üzrə məlumat yayan HRA xəbər agentliyi bu haqda məlumat açıqlayıb.
Zalimcə verilən bu ağır hökmlər sizin düşündüyünüzün tərsinə milli fəallar və milləti qorxudub, susdurmayacaq. Bəlkə onlarda öz haqlı yollarında böyük və taysız bir özgüvən və inam yaradacaq.Abbas Lisani
HRA-nın bildirdiyinə görə, Abbas Lisani türk dilində hazırladığı “müdafiə bəyanatını” məhkəmə iclasında oxuyub.
O, bəyanatının bir hissəsində bunları bildirib:
“Ədalət və sadaqət (dürüstlük) varınızdırsa, özünüzü verdiyiniz ittihamlarda və tutduğunuz tutumlarda (mövqelərdə) haqlı bilirsinizsə, qapıları açın! Məhkəməni ələni (açıq) qurun ki, millət və bütün dünya özü qərar versin!”
Keçən yanvar ayından bəri aydan aya uzadılan nəzarət qərarı ilə Ərdəbil həbsxanasında saxlanılan tanınmış türk fəal Abbas Lisani iyul ayında İnqilab Məhkəməsi tərəfindən 8 il həbs və İranın mərkəzində yerləşən Yəzd vilayətinə 2 il sürgün cəzasına məhkum olunub.
Lisani məhkəmə qurumunun Ettelaat idarəsinin göstərişi ilə qərar verdiyini deyir.
“Zalimcə verilən bu ağır hökmlər sizin düşündüyünüzün tərsinə milli fəallar və milləti qorxudub, susdurmayacaq. Bəlkə onlarda öz haqlı yollarında böyük və taysız bir özgüvən və inam yaradacaq” - deyə, o, məhkəmədə bildirib.
SEE ALSO: “Bütün ittihamlardan bəraət alan Abbas Lisaniyə həbs və sürgün cəzası verdilər!”Amerikanın Səsinin bölgədə fəaliyyət göstərən hüquq müdafiəçilərindən əldə etdiyi “müdafiə bəyanatının” mətnində həmçinin yazılıb ki, “Azərbaycan Milli Hərəkatı ən az bir əsrdir türk millətinə yüklənən zülmlər, ayrı-seçkiliklər və alçaldılmalara qarşı qaynayıb, doğulmuş bir hərəkatdır.”