Yanvar ayının 15-dən Ərdəbilin mərkəzi həbsxanasında saxlanılan tanınmış türk fəalın təqribən bir həftə əvvəl başlatdığı aclıq aksiyası davam edir.
Bu haqda Güney Azərbaycan Televiziyası (Günaz TV) və HRA agentliyi məlumat yayıblar.
Bölgədə fəaliyyət göstərən hüquq müdafiəçilərinin bildirdiyinə görə, Lisani məhkəmə dosyesi ilə bağlı məlumat alma hüququnun pozulduğuna etiraz bildirmək üçün aclıq aksiyası başladıb.
Siyasi məhbus aclıq aksiyasına başlamadan əvvəl bu barədə telefon vasitəsilə öz yaxınlarına məlumat verib.
SEE ALSO: Məhkəmə Lisaninin hökmü haqda: Qərar qanuna və şəriətə uyğundurTanınmış fəalın bildirdiyinə görə, həbsxana məsulları məhbusun vəkilinin hazırladığı vərəqələri ona verməkdən imtina edirlər.
“Həbsxana məsulları vəkilimin məhkəmə iclasına hazırlanmağım üçün göndərdiyi vərəqələri mənə çatdırmaqdan imtina etsələr, mayın 27-dən etibarən aclıq aksiyasına başlayacağam” - deyə, türk fəal may ayının 25-də bildirib.
Ərdəbildə yaşayan fəal keçən təqribən 15 il ərzində göstərdiyi fəaliyyətlər səbəbilə dəfələrlə həbs və mühakiməyə məruz qalıb və Təbriz, Əhər, Ərdəbil, Yəzd və Şiraz kimi şəhərlərin həbsxanalarında illərlə həbsdə saxlanılıb.
Lisani bundan əvvəl həbsdə saxlanıldığı dönəmlərdə işgəncəyə məruz qaldığını bildirib.