Siruz Abasbəyli: "Azərbaycanda ilk Beynəlxalq Rabitə Akademiyası rabitə sisteminə yardım edəcək." [Audio]

  • Nərminə Cəlalqızı

Your browser doesn’t support HTML5

Siruz Abasbəyli Aərbaycanın rabitə sisteminə yardım edir



Beynəlxalq Rabitə Akademiyasının Azərbaycanda yeni təşkil olunan filialının prezidenti, Rabitə və İnformasiya Texnologoyaları İctimai Birliyinin sədri, Azərbaycanın sabiq rabitə naziri, akademik Siruz Abasbəyli Amerikanın Səsinə verdiyi müsahibəsində son illərdəki fəlaiyyətlərindən danışdı.

Siruz müəllim Beynəlxalq Rabitə Akademiyasının Azərbaycanda filialının yaradılması istiqamətdə işlərdən və akademiyaya Azərbaycanın görkəmli alimlərinin və rabitə işçilərinin cəlb edilməsindən danışdı.

Siruz Abasbəyli akademiyanın ictimai bir qurum olduğunu və onun əsas işinin seminarlar, simpoziumlar və sərgilərin təşkil edilməsindən və Azərbaycanın rabitə sisteminə dəstək olmaqdan ibarət olduğunu dedi.

Bundan sonra akademik Moskvada keçirilən elmi-praktik konfransda çıxışından danışdı və Moskva akademiyasının Azərbaycandakı filialın fəaliyyətə başlaması üçün böyük yardım göstərildiyini vurğuladı. Siruz müəllim akademiyanın fəxri fərmanı ilə təltif eildiyini bildirdi. O, akademiyanın fəaliyyətə başlamasının bir müddət vaxt apardığı və bu arada akademikləri bir araya gətirmək üçün RİTM adlı birliyin yaradıldığını dedi.

Siruz müəllim boş vaxtlarında kitab yazdığını, məqalələr çap etdirdiyini və musiqi bəstələdiyini dedi. O, mahnı və müsiqilərinın Azərbaycanın tanınmış müğənniləri və musiqiçiləri tərəfindən ifa olunduğunu bildirdi.

Siruz Abasbəyli yaxın zamanda demək olar ki, hazır olan klipindən danışdı və yaxın zamanda onun ekranlara çıxacağını dedi.