ABŞ-ın Xüsusi Xidmət orqanı bildirir ki, qurumun Kolumbiyada "fahişə" qalmaqalı ilə bağlı haqqında təhqiqat başlanmış 11 əməkdaşından 3-ü agentliyi tərk ediir.
Xüsusi Xidmət orqanının direktor yardımçısı Pol Morrissey deyir ki, işdən çıxanlardan biri yüksək vəzifədə çalışıb. Onun sözlərinə görə, qalmaqalla bağlı araşdırma hələlik ilkin mərhələsindədir.
ABŞ prezidenti Barak Obamanın VI Amerika Sammitinə qatılmaq üçün Kolumbiyaya getməyə hazırlaşdığı vaxt orada olan Xüsusi Xidmət orqanının 11 personalı geri gömdərilib və onlar haqqında araşdırma başlanıb. Pentaqon rəsmiləri bildirib ki, hətta ordunun ən azı 9 üzvünün də qalmaqalda iştirakı ehtimal olunur.