Danışıqlarda Azərbaycan ilə ABŞ arasında ikitərəfli, o cümlədən hərbi əməkdaşlıq, beynəlxalq terrorizmlə mübarizə məsələləri ətrafında fikir mübadiləsi aparılıb.
ABŞ Silahlı Qüvvələrinin nəqliyyat komandanı general Dunkan Mak Nabbın başçılıq etdiyi nümayəndə heyəti Azərbaycanda səfərdədir.
General Dunkan Mak Nabb bu gün prezident İlham Əliyev və Müdafiə naziri Səfər Əbiyevlə danışıqlar aparıb.
Azərbaycan prezidentinin rəsmi saytının məlumatına görə, görüşdə Azərbaycan ilə ABŞ arasında ikitərəfli münasibətlərin müxtəlif sahələrdə uğurla inkişaf etdiyi vurğulanıb, beynəlxalq terrorizmlə mübarizə sahəsində əməkdaşlıqla bağlı məsələlər ətrafında fikir mübadiləsi aparılıb.
Müdafiə naziri Səfər Əbiyevlə görüşdə isə Amerika-Azərbaycan hərbi əməkdaşlığının mövcud durumu və inkişaf perspektivləri müzakirə edilib.