ABŞ rəsmisi İran mətbuatının İranın silahlı qüvvələrinin ölkənin hava sərhədini pozan ABŞ-a məxsus pilotsuz təyyarəni vurduğu haqda məlumatını təkzib edib.
Adının açıqlanmasını istəməyən rəsminin sözlərinə görə, təyyarənin vurulmasına dair heç bir işarə yoxdur.
Daha əvvəl İran mətbuatı RQ-170 tipli təyyarənin ölkənin şərq hava sərhədini azacıq pozduqdan sonra vurulduğunu bildirmişdi.
Silahlı qüvvələrin rəsmilərinə istinadən verilən xəbərlərdə kəşfiyyat təyyarəsinə böyük zərərin dəyməyib və İran hərbi qüvvələrinin hazırda təyyarə saxladığı deyilir.
Hadisənin nə zaman baş verdiyi haqda məlumat verilmir.