Şimali Koreya lideri Kim Conq-ilin ölümünün ardınca ABŞ Dövlət Katibinin yardımçısı Kurt Kampbell Şimali Koreya ilə dalana dirənmiş nüvə danışıqlarını bərpa etmək üçün Seuldadır.
Kampbell altı-tərəfli danışıqlarda Cənubi Koreyanı təmsil edən Lim Sunq-namla görüşüb. Danışıqların məqsədi şimalı iqtisadi yardım əvəzində nüvə ambisiyalarından çəkindirməkdir.
ABŞ rəsmsi həmçinin Cənubi Koreya xarici işlər naziri Kim Sunq-hvanla görüşüb.
Görüşdən sonra Kampbell şimalla cənub arasındakı münasibətlərin yaxşılaşmasının vacibliyini vurğulayıb.
“Biz inanırıq ki, Şimali Koreya ilə Cənubi Koreya arasında münasibətlərin yaxşılaşdırılması şimalla beynəlxalq ictimaiyyət arasındakı münasibətlərin inkişafı üçün də mühümdür,” deyə Kampbell bilirib.
Kambell regiona dördgünlük səfərini Yaponiyada başa vuracaq.