ABŞ İranın İraqda yaraqlıları silahla təmin etməsindən narahatdır

  • Amerikanın səsi

ABŞ İranın İraqda yaraqlıları silahla təmin etməsindən narahatdır

ABŞ-ın Müdafiə naziri Leon Panetta deyib ki, Birləşmiş Ştatların İraqdakı hərbi qüvvələri İranın Amerika əsgərlərinin qətlində günahkar bilinən şiə üsyançılarını silahla təmin etməsinin qarşısını alacaq. Cənab Panetta İraqdakı ABŞ qoşunlarının gələcəyini müzakirə etmək üçün İraq liderləri ilə görüşə hazırlaşır.

Panetta Bağdadda bir qrup ABŞ əsgəri qarşısında çıxışı zamanı deyib ki, ABŞ İraqdakı yaraqlıların silahlanmağa davam etməsinə icazə verə bilməz və Vaşinqton bu məsələnin birbaşa həllinə çalışacaq.

ABŞ rəsmiləri İranı İraqdakı şiə yaraqlıları silahla təchiz etməkdə günahlandırır. İyun ayında Amerikanın 15 əsgərinin öldürüldüyü hücum zaman bu silahlardan istifadə etdiyi bildirilir. Həmin ay son iki ildə İraqdakl ABŞ qoşunları üçün ən itkili ay olub.

İraq liderləri ilə görüşəcək cənab Panetta onların ABŞ qoşunlarının bu ilin axırından sonra da ölkədə qalıb-qalmaması barədə qərar vermələrini istəyəcək.

U.S. Secretary of Defense Leon Panetta says U.S. forces in Iraq will act against Iran's arming of Shi'ite militants blamed for a wave of deadly attacks on American soldiers.