Vaşinqton liderlərin azad olunmasına çağırıb
ABŞ İranın iki müxalifət liderinin həbs olunmasını tənqid edərək bunu qəbuledilməz adlandırıb və onların dərhal azad olunmasına çağırıb.
Müxalif veb səhifələr deyib ki, İran hökuməti islahatçı liderlər Mir Hüseyn Musəvi və Mehdi Kərrubini Tehran həbsxanasına salıb. Bu liderlər və onların həyat yoldaşları fevralın 14-də müxalifət yürüşünə çağırandan sonra ev dustaqlığına məruz qalmışdılar. Onlar müxalifəti ərəb ölkələrindəki nümayişçilərlə həmrəylik göstərməyə səsləmişdilər. İran hökuməti yürüşlərə qadağa qoyub və təhlükəsizlik qüvvələrinə onları nümayişçiləri dağıtmaq göstərişi verib. Bu isə iki nəfərin həlak olması ilə nəticələnən zorakılığa yol açıb.