ABŞ İranı əl-Qaidə ilə gizli əlaqələrdə ittiham edir

  • Amerikanın səsi

ABŞ İranı əl-Qaidə ilə gizli əlaqələrdə ittiham edir

Birləşmiş Ştatlar İranı Vaşinqton əl-Qaidənin altı fəalına qarşı sanksiyalar elan etdiyi zaman əl-Qaidə ilə gizli sövdələşmədə ittiham edir. Maliyyə nazirliyi detalları açıqlamayıb, lakin bildirib ki, fəallar ABŞ rəsmilərinin İranda əl-Qaidənin vasitəçisi olduğuna inandığı İzzəddin Əbdül Əziz Xəlilin şəbəkəsinə mənsub olduğunu bildirib. Nazirliyin bildirdiyinə görə, Xəlil İran hökuməti və terrorçu qrup arasında razılıq əsasında fəaliyyət göstərirdi. Maliyyə nazirliyi bildirir ki, İran əl-Qaidənin Əfqanıstan və Pakistanda əməliyyatlarına maliyyə dəstəyinin verilməsi üçün mühüm tranzit məntəqəsi kimi çıxış edir. İran hökiməti buna hələlik reaksiya verməyib.