ABŞ qüvvələri Əfqanıstanı nə zaman tərk edəcək?

  • Amerikanın səsi

ABŞ qüvvələri Əfqanıstanı nə zaman tərk edəcək?

ABŞ-ın birgə qərargahlar rəisi Mayk Mallen Amerika qüvvələrinin Əfqanıstandan çıxarılması planını hələ almadığını deyib. Bu gün Vaşinqtonda danışan admiral deyib ki ABŞ və NATO-nun hərbi qüvvələrinin baş komandanı general Deyvid Petreyas prezident Barak Obamaya tövsiyələrini təqdim etməyib. Barak Obama 100000 əsgərdən ibarət ABŞ qüvvələrinin iyul ayından başlayaraq Əfqanıstandan çıxarılacağını bildirmişdi. Döyüşçü qüvvvələr isə o ölkəni 2014-cü ildə tərk etməlidir. Əfqanıstan prezidenti Həmid Karzay 7 ərazidə təhlükəsizliyin əfqan qüvvələrinə təhvil veriləcəyini bəyan edib. Admiral Mallen nə qədər əsgərin Əfqanıstanı tərk edəcəyinin hələ məlum olmadığını deyib. Lakin o, qüvvvələrin çıxarılmasğdı ilə əldə edilən təhlükəsizlik nailiyyətlərinin sarsıla biləcəyi barədə xəbərdarlıq verib.