Dünyada inqilablar yaradan sosial media Birləşmiş Ştatlarda siyasətlərin təbliği yollarını dəyişib. Lakin təhlilçilər deyir ki, xəbərlər bir sıra mənbəyə əsaslanmalıdır.
ABŞ prezidenti Barak Obama sosial mediadan istifadə edərək, auditoriyanı genişləndirmək istəyib. Cənab Obama dünən Ağ Evdə Twitter sosial şəbəkəsində istifadəçilərin suallarını cavablandırıb. Prezidentin müzakirələri onun ilin əvvəlində Facebook və YouTube şəbəkələrində amerikalıların suallarına cavab verməsindən sonra keçirilib.
Sosial medianın Facebook, YouTube və Twitter şəbəkələri dünyada qlobal inqilaba səbəb olub. Bu şəbəkələr İranda dağıdılmış qrupların və həmfikirlərin bir-birləri ilə əlaqə saxlamasına, Çin və Yaxın Şərqdə baş verən inqilablar və Ərəb Baharı kimi tanınan siyasi və sosial məsələlərlə yaxından tanış olmağa imkan verib.
Lakin təhlilçilər məlumatların ənənəvi üsul, yəni kütləvi informasiya vasitələri tərəfindən yayımlanmasına üstünlük verirlər. Sosial media siyasətçiləri ənənvi mediyadan uzaq durmaq səylərinə yardım edir. Twitter kimi şəbəkədə isə onların tənqidi 140 hərfdən artıq yazıya yol verilmədiyi üçün asan olmur.