ABŞ prezidenti İrana qarşı tətbiq edilən sanksiyaların vüsət aldığını deyir

  • Amerikanın səsi

ABŞ prezidenti İrana qarşı tətbiq edilən sanksiyaların vüsət aldığını deyir

ABŞ prezidenti Barak Obama İrana qarşı tətbiq edilən sanksiyaların miqyasının genişləndiyini deyir. O, qalmaqallı nüvə proqramını dayandırması üçün Tehrana təyziqlər göstərmək məqsədi ilə Çin və Rusiya ilə məsləhətləşəcəyini bildirib. Bazar günü Havayda keçirilən zirvə görüşündə çıxış edən cənab Obama bildirib ki, o, İranla bağlı heç bir addımı istisna etmir. Prezident BMT nüvə agentliyinin İranda nüvə silahının istehsalına dair etibarlı dəlillər qeyd edilən yeni hesabatını müzakirə etmək üçün zirvə görüşündə çinli və rus həmkarları ilə müzakirələr aparacaq. Cənab Obama bildirib ki, Pekin və Moskva İranın nüvə silahına sahib olmasına icazə verilməyəcəyinə dair razılaşmışdılar.