ABŞ prezidenti Cənubi Koreya, Kolumbiya və Panama ilə ticarət razılıqları imzalayıb

  • Amerikanın səsi

ABŞ prezidenti Cənubi Koreya, Kolumbiya və Panama ilə ticarət razılıqları imzalayıb

ABŞ prezidenti Barak Obama bu gün Cənubi Koreya, Kolumbiya və Panama ilə ticarət barədə razılıqlar imzalayıb. Razılıq tərəfdarları bunun ABŞ-ın ixracını milyardlarla dollar artıracağına və ölkədə yüzminlərlə iş yerlərinin yaradılmasına səbəb olacağını deyirlər. Əleyhdarlar isə bildiriblər ki, yeni ticarət razılıqları Amerika işçilərinə yardım etməyəcək, əksinə zərər vuracaq. Razılıqlar cənab Obamanın ölkədə iş yerlərinin artırılması məqsədi ilə ABŞ ixracatını 2015-ci ilədək ikiqat artırmaq barədə verdiyi vədə doğru atılan addımdır. Bu razılıqlar sabiq prezident Corc Buşun administrasiyası dövründə ilk dəfə müzakirə edilmişdi, lakin həmkarlar ittifaqlarına yaxın olan Demokratlar bu sazişləri rədd edirdilər. Nəhayət, bu yaxınlarda Konqres razılığa yaşıl işıq yandırıb.