ABŞ prezidenti Barak Obama pakistanlı həmkarı Asif Əli Zərdarini əlaqələrin müzakirəsinə çağırıb

ABŞ prezidenti Barak Obama pakistanlı həmkarı Asif Əli Zərdarini əlaqələrin müzakirəsinə çağırıb

ABŞ prezidenti Barak Obama pakistanlı həmkarı Asif Əli Zərdarini regionun vəziyyəti və gərginləşən əlaqələrin müzakirəsinə çağırıb. Liderlər Vaşinqtonla İslamabad arasında münasibətlərin qarşılıqlı hörmət və ortaq maraqlara əsasən normallaşdırılması barədə razılıq əldə edib. Pakistanın bəyanatında deyilir ki, prezident Obama ektremizmlə mübarizəsinə görə Pakistana təşəkkürünü bildirib. Pakistan prezidenti Zərdari deyib ki, ektremizmlə mübarizə Pakistanın öz maraqlarına xidmət edir və mübarizə sonunadək davam etdiriləcək. Pakistanla ABŞ arasında may ayının 2-si Üsama Bin Ladenin öldürülməsi ilə nəticələnən reyddən sonra gərginləşib.