Prezident Obama seçkilərdə demokratların itkilərini azaltmaq səylərini davam etdirir

)

Konrqes seçkilərinə iki gün qaldığı bir vaxt ABŞ prezidenti Barak Obama demokratlara dəstək əldə edilməsi məqsədi ilə son kampaniyalarını aparır.Ictimai rəy sorğularına görə demokratlar bu seçkilərdə səs baxımından böyük itki verəcək. ABŞ prezidenti Barak Obama demokratların məğlubiyyət göstəricilərini minimuma endirmək səylərini davam etdirir. 2008-ci ildə Obamanı dəstəkləyən gənc seçicilər prezidentin diqqət mərkəzində olub. Dünən Filadelfiya şəhərində prezident universitet tələbələrini demokrat namizədlərin seçki kampaniyalarına yardım etməyə çağırıb.

İctimai rəy sorğuları respublikaçıların Nümayəndələr Palatasında əksəriyyət əldə etmələri üçün lazım olan 39, bəlkə də daha artıq səsi asanlıqla əldə edəcəyini göstərir. Lakin onların Senata yiyələnmə ehtimalı aşağıdır.

Sorğulara görə, respublikaçılar demokratlarla müqayisədə bu ilki seçkilərə daha artıq maraq göstərir. Respubliakçılar da bu həftə sonu son kampaniyalarını keçirir. Respublikaçıların əksəriyyət əldə etməsi ilə onların Nümayəndələr Palatasındakı lideri Con Boehnerin palatanın spikeri olmasını mümkünləşdirə bilər. Vətəni Ohayoda Boehner onu dəstəkləyənləri demokratların hədsiz vəsait tələb edən proqramlarını rədd etməyə çağırıb.