Barak Obama bu gün Konqres qarşısında çıxış edib

  • Amerikanın səsi

Barak Obama bu gün Konqres qarşısında çıxış edib

ABŞ prezidenti Barak Obama bu gün Konqres qarşısında çıxış edib. Prezident yeni iş yerlərinin açılması və iqtisadi artım məsələlərinə toxunub. Televiziya ilə nümayiş etdirilən çıxışı zamanı ABŞ dövlət başçısı 14 milyon işsiz amerikalının iş yerləri ilə təmin edilməsi planından bəhs edib. Prezident çıxışı zamanı vergilərin ixtisarı və iş yerlərinin qısa zamanda artırılması üçün şərait yaradılmasına yönələn hökumət xərclərinə 300 milyardlıq dollar məsrəf daxildir.

Cənab Obama vaxtının sona çatmasına az qalmış əmək haqqı vergilərinin ixtisarına, infrastrukturun inkişaf etdirilməsina dair layihələrin yaradılmasına, hökumətin yerli və ştat orqanlarına yardım məqsədi ilə üçün işlər görməyə çağırıb.

Barak Obama Konqresi onun yeni iqtisadi planının sabah təsdiq edilməsinə səsləyib. Prezident deyib ki, iş yerləri ilə bağlı qanunun təsdiqi kiçik şirkətlərin yeni iş yerləri açmasını təmin edəcək. O, yüz minlərlə insanın uşaqları və özlərinin gələcəyinə ümid yaradacağını deyib.

ABŞ dövlət başçısı bildirib ki, böyük korporasiyalar və zəngin amerikalılar öz paylarını ödəməlidir. Prezident hər bir şəxs üçün vergi kodeksi yaradılmalı olduğunu deyib. O, iş yerləri , insanlara imkanlar yaradanların vergi ixtisarı ilə təmin edilməsinin vacibliyini vurğulayıb. Prezident Amerikanın hökumət orqanlarında 500 islahat həyata keçirildiyini bildirib.

Barak Obama deyib ki, Amerika birnömrəli mövqeyinə qayıdacaq.

Siyasi təhlilçilər prezidentin nitqinin siyasi mahiyyət daşıdığını deyib. O, beləliklə 2012-ci il prezident seçkiləri kampaniyasına zəmin yaradıb.