ABŞ prezidenti Barak Obama Ağ Evdə İsrail prezidenti Şimon Peresi qəbul edib. Görüşdən sonra danışan prezident deyib ki, Yaxın Şərqdəki vəziyyətə görə İsrail-Fələstin münaqişənin həlli heç vaxt olmadığı qədər mühümdür. Tərəflər İsrail-Fələstin sülh müzakirələrinin bərpasının vacibliyini qeyd edib.
Fələstin İsrail İordan çayının qərb sahili və Şərqi Qüdsdə inşaat işlərini dayandırmayınca müzakirələri qəbul etmir. İsrail isə hesab edir ki, Fələstin müzakirələrə heç bir şərt irəli sürməməlidir.
Dünən Qüdsün şəhər rəsmiləri 1000 yeni mənzilin inşasına dair planı təsdiq edib. ABŞ prezidenti, Fələstin və dünya ictimaiyyətinin əksər hissəsi yəhudi yaşayış məntəqələrinin inşasını qeyri-qanuni adlandırır.